Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir H.Vəliyev/
Yanvar-fevral ayları ərzində əhaliyə və təşkilatlara göstərilən rabitə və informasiya xidmətlərinin həcmi 148,6 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 27,9 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Mobil rabitə xidmətinin payına əldə olunan gəlirlərin 73,8 faizi düşüb. Ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə mobil rabitə xidmətlərinin artımı 33 faiz təşkil edib.