...

Bakıda avtobus qəza törədib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 24 Fevral 2010 10:59 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 23-ü saat 21 radələrində Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 11-in qarşısında Hökməli qəsəbə sakini Cəlal Cəlalov idarə etdiyi «Mersedes» markalı 156 saylı xətt mikroavtobusu ilə Babək rayon sakini Ziyafət Adıgözəlovu vurub.
Bakıda avtobus qəza törədib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda avtobus qəza törədib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 23-ü saat 21 radələrində Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 11-in qarşısında Hökməli qəsəbə sakini Cəlal Cəlalov idarə etdiyi "Mersedes" markalı 156 saylı xətt mikroavtobusu ilə Babək rayon sakini Ziyafət Adıgözəlovu vurub.

Aldığı xəsarətlərdən piyada hadisə yerində ölüb, sürücü Cəlalov, şərnişinləri Sulutəpə qəsəbə sakinləri Nuranə Rəhimli və Gülbər Şamxalova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti