...

Qaradərili ailədə ağ körpə doğulub

Maraqlı Materials 18 Avqust 2012 14:08 (UTC +04:00)
İtaliyanın Palermo şəhərində Nigeriyadan olan mühacir ailəsində tamamilə ağ körpə dünyaya gəlib.
Qaradərili ailədə ağ körpə doğulub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir X.Murtuzayeva/

İtaliyanın Palermo şəhərində Nigeriyadan olan mühacir ailəsində tamamilə ağ körpə dünyaya gəlib. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Körpənin doğulduğu xəstəxananın əməkdaşlarının sözlərinə görə, ağ körpənin kürən saçlarını və mavi rəngli gözlərini görən ata xanımını xəyanətdə ittiham edib. Lakin doğum evinin baş həkimi Antonio Perino ona izah edib ki, bu, qətiyyən onun arvadının xəyanətinin nəticəsi deyil.

"Nigeriyalıların ailəsində albinos uşaqların dünyaya gəlməsi nadir hadisə deyil. Belə uşaqlar təxminən 14 mindən bir halda dünyaya gəlir. Biz bunu körpənin atasına izah etdik və deyəsən, o, bizi başa düşdü", - baş həkim bildirib.

İndi həkimlər söhbətin albinizbdən, yaxud genetik mutasiyadan getdiyini aydınlaşdırmalıdırlar. Buna görə də qızın qarşısında bir sıra tədqiqatlarda iştirak etmək durur. Yeri gəlmişkən, belə hadisə Siciliyada ikinci dəfədir baş verir. Bir il əvvəl Cela şəhərində konqolu mühacirlərin ailəsində də ağ uşaq doğulmuşdu.

Xəbər lenti

Xəbər lenti