Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan vətəndaşını yaralaması faktı ilə bağlı cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2011 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı Daşqın Yusif oğlu Əliyevin xəsarət alması ilə bağlı cinayət işi açılıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hadisə oktyabrın 9-da saat 20:00 radələrində baş verib. Belə ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Ağdərə rayonunda yerləşən mövqelərindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində açdıqları atəş nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Daşqın Əliyev çiyin nahiyəsindən xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti