...

Münhenin ticarət mərkəzində atışma: 10 ölü, 21 yaralı (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 23 İyul 2016 03:23 (UTC +04:00)
Münhendə ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 21 nəfər xəstəxanaya yerləşdirilib
Münhenin ticarət mərkəzində atışma: 10 ölü, 21 yaralı (YENİLƏNİB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər iyulun 22-si saat 20:36-da yayılıb)

Bakı. Trend:

Münhendə ticarət mərkəzində qeydə alınan silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 21 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

X X X

02:57

Münhendə ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 10 nəfər xəsarət alıb.

X X X

01:13

Münhendə ticarət mərkəzində silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

X X X

00:44

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində 8 nəfər həlak olub.

X X X

23:47

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı 6 nəfər həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

X X X

22:13

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Münhen polisinin nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini tutmaq hələ mümkün olmayıb.

Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərindən küçəyə çıxmamaq xahiş olunub.

X X X

21:22

Münhenin ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, polis ticarət mərkəzinin yaxınlığında irimiqyaslı əməliyyat keçirir.

X X X

20:36

Almaniyanın Münhen şəhərindəki ticarət mərkəzlərindən birində atışma olub.

Trend RİA Novostiyə istinadən xəbər verir, atışmada ən azı 15 nəfərin dünyasını dəyişdiyi deyilsə də, hələlik rəsmi təsdiq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti