...

Mübariz Qurbanlı: "Keçmiş güləşçi kimi I Avropa Oyunlarını böyük həvəslə izləyəcəyəm"

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 15:40 (UTC +04:00)
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm.
Mübariz Qurbanlı: "Keçmiş güləşçi kimi I Avropa Oyunlarını böyük həvəslə izləyəcəyəm"

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlkin İzzət/

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm. Artıq bunun üçün biletlər də alınıb, hər şey hazırdır. Açılış mərasimindən sonra hansı yarışları canlı olaraq izləməyim isə iş rejimindən və zamanımdan asılı olacaq.

Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, o, əslində bütün oyunlara həvəs göstərir və imkan daxilində onları maksimum izləməyə çalışacaq: "Bəyəndiyim idman növləri ilk növbədə güləşdir, üzgüçülükdür. Özüm gəncliyimdə, tələbəlik illərində ciddi şəkildə sərbəst güləşlə məşğul olmuşam. İndi gəzinti, üzmək idman sayılırsa, onlarla məşğul oluram. Amma keçmiş güləşçi kimi I Avropa Oyunlarını mütləq böyük həvəslə izləyəcəm".

M.Qurbanlı bildirib ki, onun ən çox sevdiyi idman növü futboldur. O, hətta azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: "Ən çox bəyəndiyim futbol yarışlarıdır. Amma təəssüf ki, futbol Avropa Oyunlarının proqramında yoxdur. Futbolda ən çox tərəfdaşı olduğum komanda isə İspaniyanın "Barselona" komandasıdır. Bir neçə gün əvvəl Çempionlar Liqasının yarımfinalında "Barselona"nın Almaniyanın "Bayern" komandasını 3:0 məğlub etməsi də çox sevindirici oldu. Əminəm ki, finalda "Barsa" olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti