...

"Avropa Oyunları Azərbaycana dünyadakı nüfuzunu artırmağa imkan yaradacaq"

Baku 2015 : EUROGAMES Materials 21 May 2015 23:50 (UTC +04:00)
Avropa Oyunları Azərbaycana imicini yaxşılaşdırmağa və dünyadakı nüfuzunu artırmağa imkan yaradacaq.
"Avropa Oyunları Azərbaycana dünyadakı nüfuzunu artırmağa imkan yaradacaq"

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Səba Ağayeva/

Avropa Oyunları Azərbaycana imicini yaxşılaşdırmağa və dünyadakı nüfuzunu artırmağa imkan yaradacaq. Bu barədə Trend-ə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu deyib.

İ.Bodiu bildirib ki, ilk Avropa Oyunlarının yaxşı təşkil edilməsi və keçirilməsi Azərbaycana imicini yaxşılaşdırmağa və dünyadakı nüfuzunu artırmağa imkan yaradacaq.

Onun sözlərinə görə, Moldova Bakıda keçiriləcək ilk Avropa Oyunlarında idmançılarının iştirakına böyük əhəmiyyət verir və bütün idmançılar Oyunlara yüksək səviyyədə hazırlaşırlar.

Diplomat həmçinin qeyd edib ki, Moldova ilk Avropa Oyunlarında idmançıların böyük qrupu ilə təmsil olunacaq: "Azərbaycan tərəfinə bu idman tədbirinə belə yaxşı hazırlığa görə minnətdarlığımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti