...

Saymon Kleq: Bakı 2015 ilk Avropa Oyunlarının açılışı zamanı stadion tam dolu olacaq

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 11:14 (UTC +04:00)
Azərbaycanın Avropa Oyunlarında böyük gözləntiləri olan idman yarışlarına biletlər yaxşı satılır
Saymon Kleq: Bakı 2015 ilk Avropa Oyunlarının açılışı zamanı stadion tam dolu olacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət /

Bakı 2015 ilk Avropa Oyunlarının açılış zamanı stadion tam dolu olacaq. Trend xəbər verir ki, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün Bakı 2015 birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində deyib.

S.Kleq bildirib ki, hazırda biletlərin satışı uğurla davam edir: "Biletlərin alışına görə deyə bilərik ki, ilk Avropa Oyunlarının açılış zamanı stadion tam dolu olacaq. Açılış mərasimi üçün artıq 80 faizdən çox biletlər satılıb. Yarışlara da biletlərin satışı normal gedir. Biletlərin alışına maraq artır. Xüsusən Azərbaycanın böyük gözləntiləri olan idman yarışlarına biletlər yaxşı satılır. Bunlar güləş, boks, gumnastika idman növləridir. Əminəm ki, yarışlara biletlər tam şəkildə satılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti