...

Avstraliya şirkətinin başçısı: “I Avropa Oyunları Azərbaycanı daha yaxşı tanımaq üçün imkan yaradacaq” (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 12:32 (UTC +04:00)
I Avropa Oyunları Azərbaycanı daha yaxşı tanımaq üçün imkan yaradacaq.
Avstraliya şirkətinin başçısı: “I Avropa Oyunları Azərbaycanı daha yaxşı tanımaq üçün imkan yaradacaq” (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunları Azərbaycanı daha yaxşı tanımaq üçün imkan yaradacaq. Bu barədə Trend-ə Avstraliyanın hüquq şirkəti "Hammond Legal"-ın başçısı Con Hemmond deyib.

O bildirib ki, Bakıda gördükləri onu heyran edib: "Müasir binalar, park və bağlar - bunların hamısı çox gözəldir".

C.Hemmond həmçinin azərbaycanlı idmançıların hazırlığını qeyd edib: "Bu gün idmançılarınızın məşqinə baxdım və onların oyunlara kifayət qədər ciddi yanaşdığını hesab edirəm. Onlara uğurlu çıxış və çoxlu medal arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti