...

Güləş yığmalarımızın Avropa Oyunlarına hazırlığı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 16:31 (UTC +04:00)
Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq edib.
Güləş yığmalarımızın Avropa Oyunlarına hazırlığı (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq edib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Oyunlara hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər. Məşq prosesini Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevlə yanaşı, vitse-prezidentlər Məhəmməd Aliomarov və Namiq Abdullayev, AGF baş katibi Əjdər Cəfərov da izləyib.

Qeyd edək ki, Bakı-2015-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti