...

Birinci Avropa Oyunlarının medalları hazırdır (FOTO/VİDEO)

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 01:20 (UTC +04:00)
Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.
Birinci Avropa Oyunlarının medalları hazırdır (FOTO/VİDEO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.

Trend Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin saytına istinadən xəbər verir ki, Bakı 2015 qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.

Belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. Lakin mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı Bakı 2015-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Ərsəyə gətirilmiş bu video-çarx yerli şirkət "Azərsuvenir" MMC-nin Bakıda hazırladığı Avropa Oyunları medallarının istehsal prosesini əks etdirir.

Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı Bakı 2015-in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində Bakı 2015-in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

Xəbər lenti

Xəbər lenti