...

Məşhur "Skylife" jurnalında Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 16:43 (UTC +04:00)
“Türk Hava Yolları” şirkətinə məxsus “Skylife” jurnalının iyun buraxılışında “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.
Məşhur "Skylife" jurnalında Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Türk Hava Yolları" şirkətinə məxsus "Skylife" jurnalının iyun buraxılışında "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.

Trend-in məlumatına görə, "Avropanın qəlbi Bakıda" adlı yazıda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan, paytaxt Bakı haqda məlumat verilib.

"Bakı Şərq, Avropa və müasirliyin bənzərsiz birləşməsidir. İyunun 12-dən 28-dək isə bütün dünyanın gözü Avropanın şərqindəki bu paytaxta dikiləcək-deyə məqalədə bildirilir.

Yazıda Bakının yüzilliklərlə keçmişi olan İçərşəhər abidəsi, eləcə də müasir memarlıq incisi Heydər Əliyev Mərkəzindən söz açılır. Qeyd olunur ki, klassik və modern üslubların qovuşması yalnız Bakının memarlığında deyil, çevik, hərəkətli və dinamik yaşam tərzində də sezilir.

Materialda qeyd olunur: "Dərin köklərə malik ənənələri və keçmişi ilə qürur duyan azərbaycanlılar, eyni zamanda gələcəyə də inamla baxırlar. Bakının ən modern və cəlbedici arxitektur tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin dizaynının da fəlsəfəsi budur".

Məqalədə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şərəfinə adlandırılan Mərkəzin elm, təhsil mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində bir çox layihələrə dəstək verdiyi bildirilir. Həmçinin, burada Azərbaycan xalqının ümummilli liderinə həsr olunan Heydər Əliyev Muzeyi və müxtəlif sərgilərin fəaliyyət göstərqdiyi qeyd olunur.

Oxuculara, həmçinin yarışlar müddətində Bakıda olduqları zaman paytaxtda baş çəkə biləcəkləri tarixi memarlıq abidələri, sərgilər və digər tədbirlər barədə məlumat da verilir.

Qeyd edək ki, 350 000 tirajla çap olunan "Skylife" jurnalı iyun ayı ərzində "Türk Hava Yolları" şirkətinə məxsus reyslərdə uçan 4 000 000-dan çox sərnişinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti