...

İstanbulda “Azərbaycan - İdman diqqət mərkəzində” sərgisi keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İstanbulda "Azərbaycan - İdman diqqət mərkəzində" adlı sərgi keçirilib.

Trend-in məlumatına görə, İyunun 6-12-də İstanbulun "İstinye" Parkında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə "Azərbaycan - İdman diqqət mərkəzində" adlı foto sərgi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, "Baku - 2015" I Avropa Oyunlarına həsr olunmuş foto müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi kimi mövzuları əhatə edib.

2014-cü ildə TEAS-ın elan etdiyi foto müsabiqəyə 10 ölkədən 60-a yaxın fotoqrafdan 300-dən artıq fotoşəkil daxil olub. Onların arasında seçim ediləndən sonra, peşəkar azərbaycanlı fotoqraf Dilavər Nəcəfovun "Çəhrayi lentli gimnast" adlı fotoşəkli üç aparıcı fotoqrafdan ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin qalibi seçilib.

Dilavər bütün karyerasını foto sənətinə həsr etmiş, çox az sayda olan azərbaycanlı fotoqraflardan biridir. O, uşaqlıqda atası tərəfindən ona hədiyyə edilən fotokamera və digər foto avadanlıqlarla ik dəfə tanış olduqdan sonra bu incəsənət növü ilə dərindən maraqlanmağa başlayıb. Dilavər idman nailiyyətlərinin mahiyyətini şəkillərə həkk etməklə tanınıb və 20 ilə yaxın müddətdə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi fotoqrafı vəzifəsində çalışıb. Onun işləri tez-tez nazirliyin nəşrlərində istifadə olunur.

Bu günə qədər "Azərbaycan - İdman diqqət mərkəzində" adlı foto sərgi London, Nitsa, Maastrixt, Berlin və Parisdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti