...

Azərbaycanın Avropa Oyunlarında qızıl medallarının sayı 6-ya çatdı (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 20:18 (UTC +04:00)
Azərbaycan güləşçiləri Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar.
Azərbaycanın Avropa Oyunlarında qızıl medallarının sayı 6-ya çatdı (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçiləri Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə yarışlarda 75 kq çəki dərəcəsində final görüşü baş tutub.

Qızıl medal uğrunda mübarizədə Azərbaycan güləşçisi Elvin Mürsəliyev Serbiya təmsilçisi Viktor Nemeslə qarşılaşıb. Görüşdə pəhləvanımız rəqibini 5:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adını qazanıb.

75 kq
1/16 final - Riçard Riqo (Slovakiya) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - İonel Puskasu (Rumıniya) 2*:2
1/4 final - Çingiz Labazanov (Rusiya) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (Gürcüstan) 3:2
FİNAL - Viktor Nemes (Serbiya) - Elvin Mürsəliyev 1:5

Qeyd edək ki, bu gün güləşçilərimizdən 66 kq çəki dərəcəsində yarışan Həsən Əliyev Avropa Oyunlarının bürünc medalını qazanıb. Yarışların ilk günündə isə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 6-ya çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti