...

Azarkeş: Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 10:30 (UTC +04:00)
İdmançılarımızın yarışlarda yüksək nəticələrə nail olması və bayrağımızın birinci yerə yüksəlməsini gözləyirik və inanırıq ki, bu baş verəcək.
Azarkeş: Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"İdmançılarımızın yarışlarda yüksək nəticələrə nail olması və bayrağımızın birinci yerə yüksəlməsini gözləyirik və inanırıq ki, bu baş verəcək". Bu barədə Trend-ə Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları izləməyə gələn gimnastika azarkeşi Mehriban Qurbanova deyib.

O qeyd edib ki, Azərbaycanda bu cür yarışların keçirilməsi və idmançılarımızın yüksək nailiyyətləri gimnastikaya olan marağı daha da artırır: "Bu cür yarışlar həm də ölkəmizi dünyada tanıdır. Baxın nə qədər xarici qonaqlar da yarışlara baxmağa gəlir, bunun bizim ölkəmizə çox böyük xeyri var. Mən yarışlara tamaşa etməyə qızımla birgə gəlmişəm. Qızımın yaşı az olsa da, gimnastikaya böyük maraq göstərir və bu yarışlar onda bu həvəsi daha da artırır".

M.Qurbanova bildirib ki, Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir: "Bizim zamanımızda gimnastika bu qədər inkişaf etməmişdi, heç buna şərait də yox idi, amma Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanımımız Mehriban Əliyeva sağ olsun ki, Azərbaycanda gimnastikanı bu səviyyəyə yüksəldib və uşaqlarımızın bu idman növü ilə məşğul olması üçün hər cür şərait yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti