...

Türkiyə MOK-un vitse-prezidenti: Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 09:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

"Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər". Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə müsahibəsində bildirib.

MOK rəsmisi qeyd edib ki, əgər Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə, Avropa Olimpiya Komitəsinin buna müsbət baxacağına inanır: "Oyunların keçirilməsi üçün təkcə İstanbulda deyil, Mərsin və Antalyada da hər cür şərait var. Oyunların Türkiyədə keçirilməsi ilə bağlı son qərar siyasətçilərindir".

"Bakı-2015" birinci Avropa Oyunlarından bəhs edən H.Arat bu günə qədər hər şeyin mükəmməl təşkil olunduğunu vurğulayıb: "İllər keçdikcə Avropa Oyunlarının önəminin daha da artacağına inanıram. Açılış mərasimində iki əhəmiyyətli hadisə baş verdi. Birincisi, Ermənistan komandası minlərlər azərbaycanlının önündən keçməyə cəsarət etdi. İkincisi isə türkiyəli idmançılar arenaya daxil olanda azərbaycanlıların böyük sevgisinin şahidi oldular. Türkiyə nümayəndə heyətinin qarşılaşdığı bu sevgi tarixi hadisədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti