...

Polşalı məşqçi: "Avropa Oyunları gimnastlar üçün yeni bir ənənədir" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 10:59 (UTC +04:00)
Birinci Avropa Oyunları idmanda yeni bir ənənədir və idmana bir fərqlilik gətirir. Əlbəttə bu, gimastlar və eləcə də digər növ idmançılar üçün yeni bir ənənədir.
Polşalı məşqçi: "Avropa Oyunları gimnastlar üçün yeni bir ənənədir" (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları idmanda yeni bir ənənədir və idmana bir fərqlilik gətirir. Bu Oyunlar gimnastlar və eləcə də digər növ idmançılar üçün yeni bir ənənədir". Bunu Trend-ə birinci Avropa Oyunlarında iştirak edən Polşanın idman gimnastikası üzrə komandasının məşqçisi Pşemyslav Lis deyib.

P.Lis qeyd edib ki, hər bir idmançı bu yarışlarda iştirak etməklə böyük təcrübə qazanır.

Komandanın üzvləri Qabriela Danik və Katarşina Jurkovska-Kovalska da Avropa Oyunlarının onlar üçün əhəmiyyətli olduğunu və burada böyük təcrübə qazandıqlarını bildiriblər. Gimnastlar onlar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu və idmançılar arasında yaxşı atmosferin olduğunu qeyd ediblər.

Polşa idmançıları Azərbaycana birinci dəfə gəldiklərini qeyd edərək ölkəmizi çox bəyəndiklərini bildiriblər. Onlar qeyd ediblər ki, Bakı gözəl şəhərdir, Azərbaycanın yaxşı iqlimi var. İdmançılar həmçinin Bakını gəzmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti