...

Şose velosipedçilərimiz mübarizəyə başlayır

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 18:26 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində sabah şose velosipedi üzrə yarışlara start veriləcək.
Şose velosipedçilərimiz mübarizəyə başlayır

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində sabah şose velosipedi üzrə yarışlara start veriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar. Bilgəhdə təşkil olunacaq yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edəcək.

Saat 10:00-da qadınların yarışı start götürəcək. 25 km məsafəyə yürüş edəcək 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edəcək. O, start xəttinə saat 10:15-də çıxacaq.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti