...

I Avropa Oyunlarının çempionu Xetaq Qazyumova qızıl medalı Prezident İlham Əliyev təqdim edib (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 21:33 (UTC +04:00)
Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb.
I Avropa Oyunlarının çempionu Xetaq Qazyumova qızıl medalı Prezident İlham Əliyev təqdim edib (VİDEO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Xetaq Qazyumov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Sonra mükafatların təqdimetmə mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb.

Qeyd edək ki, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionatının qızıl və gümüş medalçısı X.Qazyumov gərgin mübarizə şəraitində keçən final görüşündə gürcü rəqibini 3:1 hesabı ilə yenərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti