...

Niderland idmançısı: Azərbaycanda gimnastika yaxşı inkişaf edib

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 21:42 (UTC +04:00)
"Birinci Avropa Oyunları idmançılar üçün çox vacibdir. Bu çox möhtəşəm bir yarışmadır və Azərbaycan bunu çox gözəl təşkil edib".
Niderland idmançısı: Azərbaycanda gimnastika yaxşı inkişaf edib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları idmançılar üçün çox vacibdir. Bu çox möhtəşəm bir yarışmadır və Azərbaycan bunu çox gözəl təşkil edib". Bunu Trend-ə idman gimnastikasında fərdi çoxnövçülük üzrə yarışların bürünc mükafatçısı olan Niderland idmançısı Lieke Vevers Trend-ə deyib.

O bildirib ki, bu Oyunlar davam etməlidir, çünki idmançılar üçün çox faydalıdır: "Burada yeni təcrübə qazanırsan və mən bu Oyunlarda iştirak etdiyimə və əziyyətimizin nəticəsini gördüyümə görə çox sevinirəm".

L.Vevers Azərbaycanda gimnastikanın yaxşı inkişaf etdiyini qeyd edib: "Bundan əvvəlki yarışmalarda da Azərbaycan gimnastlarının çıxışların görmüşəm. Doğurdan da Azərbaycanın çox yaxşı gimnastları var. Elə bu gün yarışdığımız Milli Gimnastika Arenası da çox gözəldir. Burada çıxış etmək çox rahatdır, yaxşı mühit var. Azarkeşlər də çox aktivdirlər və idmançılara yaxşı dəstək verirlər".

L.Vevers Azərbaycana ilk səfərinin olduğunu qeyd edərək ölkəmizi çox bəyəndiyini deyib: "Bakı mənim çox xoşuma gəldi. Hələki şəhərdə gəzməyə vaxtımız olmayıb, məşqlərimiz bizə imkan verməyib, amma yarışlardan sonra əlbəttə şəhəri gəzməyə çıxacağıq, Azərbaycanın milli xörəklərinin dadına baxacağıq. Görürəm ki, burada insanlar çox mehribandırlar, sənə kömək etmək istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti