...

Azərbaycan gimnastı gümüş medal qazandı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 17:02 (UTC +04:00)
Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları davam edir.
Azərbaycan gimnastı gümüş medal qazandı (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları davam edir.

Trend-in məlumatına görə, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb.

Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti