Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Bakıda keçirilən Avropa Oyunlarında kamandan oxatma üzrə qadınlar arasında fərdi yarışlar başa çatıb.
Trend-in məlumatına görə, final görüşündə alman oxatan Karina Vinter danimarkalı rəqibi Maya Yagerə 6:2 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
Bürünc medalı ispan oxatan Alisia Marin qazanıb.