...

4 boksçumuz Avropa Oyunlarında qızıl medala doğru (ƏLAVƏ OLUNUB-2)

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 21:29 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları çərçivəsində boks yarışında Azərbaycanı kişilər arasında yüngülvari çəkidə (52 kq) təmsil edən Elvin Məmişzadə növbəti rinqinə çıxıb.
4 boksçumuz Avropa Oyunlarında qızıl medala doğru (ƏLAVƏ OLUNUB-2)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 19:52-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bakı-2015 Avropa Oyunları çərçivəsində boks yarışında Azərbaycanı kişilər arasında yüngülvari çəkidə (52 kq) təmsil edən Elvin Məmişzadə növbəti rinqinə çıxıb.

Trend-in məlumatına görə, 1/4 finalda bolqarıstanlı Daniel Asenovla qarşılaşan boksçumuz gərgin keçən döyüşdə qalib gəlib - 2:1.

Beləliklə, daha bir boksçumuz yarımfinala yüksəlməklə Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.

X X X

Kişilər arasında yarım-ağır çəkidə (81 kq) mübarizə aparan Teymur Məmmədov 1/4 finalda niderlandlı Peter Mullenberqlə qarşılaşıb.

Boksçumuz layiqli qələbə qazanaraq adını yarımfinala yazdırıb - 3:0.

X X X

Bu gün rinqə sonuncu çıxan boksçumuz Azərbaycanı superağır çəki (+91 kq) dərəcəsində təmsil edən Məhəmmədrəsul Məcidov olub.

Təcrübəli təmsilçimiz 1/4 finalda türkiyəli boksçu Əli Demirezenlə qarşılaşıb.

Rəqibindən güclü olan M.Məcidov qələbə qazanmaqda çətinlik çəkməyib - 3:0.

Qeyd edək ki, bundan əvvəl digər idmançımız Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb və 3:0 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti