...

MOK-da azərbaycanlı samboçularla görüş keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 15:43 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
MOK-da azərbaycanlı samboçularla görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Vüqar İmanov/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, MOK-un baş katibi Ağacan Əbiyev, Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov iştirak ediblər.

Ötən gün azərbaycanlı samboçular Nəzakət Xəlilova (-52 kq), İslam Qasımov (-57 kq), Amil Qasımov (-74 kq) və Vasif Səfərbəyov (+100 kq) gümüş medallar qazanıblar.

Ç.Hüseynzadə bildirib ki, hər il iyunun 23-də bütün dünyada Olimpiya hərəkatının müasir formada dirçəlməsinə həsr olunmuş Beynəlxalq Olimpiya Günü qeyd edilir: "Bu gün ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Cari ildə Beynəlxalq Olimpiya Günü I Avropa Oyunlarının keçirilməsi dövrünə təsadüf edir".

Daha sonra idmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Qonaqlara konsert proqramı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti