...

Baş məşqçi: "Məhəmmədrəsul Məcidovu Rio olimpiadasına hazırlaşdıracağıq"

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 21:20 (UTC +04:00)
Məhəmmədrəsul Məcidov özünü yaxşı hiss edir. Azərbaycan Boks Federasiyası belə qərara gəlib ki, o, yarışı davam etdirməsin.
Baş məşqçi: "Məhəmmədrəsul Məcidovu Rio olimpiadasına hazırlaşdıracağıq"

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

"Məhəmmədrəsul Məcidov özünü yaxşı hiss edir. Azərbaycan Boks Federasiyası belə qərara gəlib ki, o, yarışı davam etdirməsin. Biz onun Rio-2016 Olimpiya Oyunlarına birinci yeri tutacağını gözləyirik. Ona görə də Məhəmmədrəsulu bunun üçün hazırlaşdıracağıq".

Trend xəbər verir ki, bunu Azərbaycanın boks üzrə yığma komandasının Kubadan olan baş məşqçisi Pedro Roka deyib.

Baş məşqçi boksçularımızın Avropa Oyunlarında göstərdiyi nəticələrdən razı qaldığını deyib: "Bu, həqiqətən də çətin yarışdır. Biz buna çoxdan hazırlaşırdıq. Hazırda əməyimizin bəhrəsini görürük. Boksçularımız qazana biləcəyi 10 medaldan 9-nu əldə etməyi artıq bacarıblar. Ona görə də nəticələrdən məmnunam".

Qeyd edək ki, superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidov zədə aldığı üçün Bakı-2015 Avropa Oyunlarının boks turnirini vaxtından əvvəl başa vurub.

M.Məcidov iyunun 25-də yarımfinalda Rusiya təmsilçisi Həsən Qimbətov ilə yarışmalı idi. Azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti