...

Cüdoçularımız Avropa Oyunlarına qələbə ilə başladılar

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 12:13 (UTC +04:00)
Bu gün Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində cüdo yarışlarına start verilib. Cüdoçularımız yarışlara qələbə ilə başlayıblar.
Cüdoçularımız Avropa Oyunlarına qələbə ilə başladılar

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində cüdo yarışlarına start verilib. Cüdoçularımız yarışlara qələbə ilə başlayıblar.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Oyunlarının cüdo yarışlarının ilk günü Azərbaycan təmsilçilərindən tatami üzərində ilk olaraq 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva çıxıb.

O, 1/16 final mərhələsində Sloveniya idmançısı Kristina Vrşiç ilə üz-üzə gəlib. Gərgin idman mürarizəsi şəraitində keçən görüşdə heç bir idmançı fənd tətbiq edə bilməsə də, Sloveniya təmsilçisinin hesabında bir sido xəbərdarlığı olduğundan cüdoçumuz Leyla Əliyeva qalib élan olunub.Onun 1/8 finaldakı rəqibi Belçika cüdoçusu Şarlin van Snik olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu yarışlarda medal uğrunda mübarizə aparacaq. Qadın təmsilçilərimizdən - Ayşə Qurbanlı (-48 kq), Səkinə Zayirova (-52 kq), Kifayət Qasımova (-57 kq), kişi cüdoçularımızdan isə İlqar Müşkiyev (-60 kq), Orxan Səfərov (-60 kq), Nicat Şıxəlizadə (-66 kq) və Tərlan Kərimov (-66 kq) Azərbaycana Avropa Oyunlarının növbəti medallarını qazandırmağa çalışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti