...

Teymur Məmmədov: "Uduzmağım mümkün deyildi"

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 15:34 (UTC +04:00)
Birinci növbədə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Yarış çox güclü səviyyədə keçirildi.
Teymur Məmmədov: "Uduzmağım mümkün deyildi"

Azərbaycan, Bakı, 26 iyun /Trend/

"Birinci növbədə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Yarış çox güclü səviyyədə keçirildi. Prezidentimiz sağ olsun ki, bizə belə bir imkan yaradıb. Mən bu yarışa çox güclü hazırlaşmışdım və qızıl medala layiq idim".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycana Avropa Oyunlarının boks yarışında qızıl medal qazandıran idmançımız Teymur Məmmədov deyib.

O, döyüşlərin bir qədər ağır keçdiyini qeyd edib: "Güclü boksçularla qarşılaşmışam. Amma yenə də min şükür ki, qızıl medal qazandım. Birinci döyüş həmişə çətin olur. Ona görə də ilk döyüş mənim üçün bir az ağır keçdi. Final döyüşündə özümə çox inanırdım. Cənab Prezidentimiz də orada idi. Uduzmağım mümkün deyildi".

T.Məmmədov bundan sonra bütün gücünü Rio-de-Janeyro olimpiadası üçün sərf edəcəyini bildirib: "Yaxın günlərdə oğlum olacaq. Bu qələbəni də ona həsr edirəm. Çox xoşbəxtəm, mən qızıl medala layiq idim, çox əziyyət çəkmişəm və onu qazanmışam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti