...

Avropa Oyunlarının bağlanış mərasiminin fişəngləri İspaniyada hazırlanıb

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 15:34 (UTC +04:00)
Avropa Oyunlarının sabah keçiriləcək bağlanış mərasimində istifadə olunacaq fişənglər İspaniyanın Ricasa şirkətində hazırlanıb.
Avropa Oyunlarının bağlanış mərasiminin fişəngləri İspaniyada hazırlanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Avropa Oyunlarının sabah keçiriləcək bağlanış mərasimində istifadə olunacaq fişənglər İspaniyanın Ricasa şirkətində hazırlanıb. Trend-in məlumatına görə, bu haqda İspaniyanın RTVE telekanalı məlumat yayıb.

Fişənglərin hazırlandığı zavod Valensiya yaxınlığındakı Olokau şəhərində yerləşir. Şirkətdən televiziyaya verilən məlumatda bildirilir ki, Azərbayacana göndərilmiş 20 min fişənğ stadionun həm daxilində, həm də çölündə partladılacaq.

Şirkətin rəhbəri Riakardo Kaballer "hazırladığımız məhsulları belə tədbirlərdə görmək bizi qürurlandırır" - deyə bildirib: "Ümid edirik ki, həm stadionda, həm də televiziya qarşısındakı tamaşaçılar atəşfəşanlıqdan razı qalacaqlar".

Şirkətdən verilən məlumatda o da bilidrilir ki, Ricasa şirkətinin fişənglərindən Verakruzda keçirilən Mərkəzi Amerika və Karib hövzəsi dövlətlərinin birinciliyində, Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında, Sidney Olimpiadasının bağlanışında, eləcə də Braziliya və Meksikada keçirilən Panamerikan Oyunlarında istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti