...

“Rossiya24” kanalı: "Tezliklə dünya Bakının təqdimatında “Formula 1” və Futbol yarışlarını izləyəcək"

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 11:22 (UTC +04:00)
“Rossiya24” televiziyası İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb. Trend-in məlumatına görə, yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanır.
“Rossiya24” kanalı: "Tezliklə dünya Bakının təqdimatında “Formula 1”  və Futbol yarışlarını izləyəcək"

Azərbaycan, Bakı, 29 iyun /Trend/

"Rossiya24" televiziyası İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb. Trend-in məlumatına görə, yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanır.

Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd olunur. Bağlanış mərasiminə də toxunan müxbir Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır.

Bildirilir ki, bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub: "Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır. Amma tezliklə dünya Bakının təqdimatında "Formula 1" və Futbol yarışlarını izləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti