...

Elnur Mikayılov: “Avropa Oyunlarında kamançada ifam dünyaya bir mesaj idi”

Baku 2015 : EUROGAMES Materials 30 İyun 2015 10:10 (UTC +04:00)
“Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşür.
Elnur Mikayılov: “Avropa Oyunlarında kamançada ifam dünyaya bir mesaj idi”

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"Bakı 2015" Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşür. Trend xəbər verir ki, alətin imkanlarını böyük stadiondan dünya ictimaiyyətinə eşitdirən Elnur Mikayılov əslində, bunun mesaj xarakteri daşıdığını bildirib:

"Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da təsdiqini tapdı. Kamança da bizim milli alətimizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda, İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır. Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım. Təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətimiz olduğunu göstərdik".

Sonda E.Mikayılov belə bir missiyanın ona həvalə olunduğu üçün fəxr hissi keçirdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti