...

Park Bulvar və Day.Az Olimpiya ulduzları ilə görüşə dəvət edir - Övladlarınızı da gətirin (FOTO)

Baku 2015 : EUROGAMES Materials 8 İyul 2015 16:23 (UTC +04:00)
İyulun 11-i saat 17:00-da sizi “Park Bulvar”da gözləyirik.
Park Bulvar və Day.Az Olimpiya ulduzları ilə görüşə dəvət edir - Övladlarınızı da gətirin (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

İyulun 11-i saat 17:00-da Bakıda keçirilən ilk Avropa Oyunlarının çempionlarının avtoqraf-sessiyası keçiriləcək.

Trend-in məlumatına görə, "Park Bulvar" ticarət-əyləncə mərkəzi və "Day.Az" media şirkətinin təşəbbüsü ilə keçiriləcək "Olimpiya ulduzları ilə görüş"ə hamı dəvətlidir. "Park Bulvar"da təşkil ediləcək görüşdə həmyerlilərimiz və şəhərimizin qonaqları əsrimizin qəhrəmanları ilə görüşə, onlara sual verə, avtoqraf ala və Azərbaycan çempionları ilə birgə şəkil çəkdirə bilərlər.

Qələbələri ilə Azərbaycanı idman dünyasının mərkəzinə çevirən, səyləri ilə ölkəmizin adını müasir idman tarixinə yazdıran, bayrağımızı yüksəldən və qələbəyə gedən yolun gündəlik zəhmətdən, daha böyük və əbədi nəsnələrin əldə olunması naminə edilən fədakarlıqdan başladığını növbəti dəfə sübut edən idmançılar sizlərlə görüşə gələcəklər.

Qonaqlarımız suallarınızı cavablandırmağa hazırdır. Ümid edirik ki, onların uğuru və dövlətimizin istənilən birinizin ilk addımda sizə dəstək olacağına əminlik öz üzərinizdə işləməyiniz üçün sizi həvəsləndirəcək. Yetər ki, bu addım bizə və ölkəmizə faydalı olsun. Qonaqlarımızdan hər birinin həyat tarixçəsi bunun birbaşa sübutudur.

Siz də gəlin! Övladlarınızı da gətirin! Qoy özümüz və həmvətənlərimizə görə duyduğumuz qürur anlarını yenidən yaşayaq. Çünki belə maraqlı və dünya miqyaslı hadisələrlə zəngin bir dövrdə yaşayırıq, müasirliyin şahidi olmaq və tarixə toxunmaq kimi imkanımız var.

İyulun 11-i saat 17:00-da sizi "Park Bulvar"da gözləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti