Azərbaycan, Bakı, 28 f evral /Trend, müxbir Ş.Cavadsoy/
Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış müğənni Yeganə ana olub. Fevralın 26-da İstanbul xəstəxanalarının birində müğənninin oğlu dünyaya gəlib. 8 aylıq doğulan körpənin çəkisi 2 800 qramdır. Ana və körpə özlərini yaxşı hiss edirlər. Onların bu gün xəstəxanadan evə çıxacaqları gözlənilir. Yeganə və onun həyat yoldaşı Fateh ilk övladlarının adını Ömər qoyublar.
Türkiyədən Trend oxucuları ila sevincini bölüşən Yeganə bildirib ki, ana olduğuna görə özünü dünyanın ən xoşbəxt insanı hesab edir: "Ana olmaq böyük xoşbəxtlikdir. Bu müddət bir az çətin keçsə də, səhhətimdə problemlər yaransa da, hər şey yaxşı qurtardı. Allaha şükür edirik ki, oğlumuz dünyaya gəlib. Fatih sevincindən nə edəcəyini bilmir. Onun otağının qapısının üzərinə Ömərin adını yazdırıb. Bu günü hamıya arzulayıram".
O ki qaldı müğənninin Bakıya gəlməsinə, Yeganə hələ bu barədə düşünmür: "Uşaq hələ yeni doğulub. Yalnız üç ayı tamam olandan sonra Bakıya gəlməyi düşünürəm".