...

Tele-aparıcı Kamilə Babayevanın həyat yoldaşı vampirlik hisslərindən danışdı (FOTO)

Mədəniyyət Materials 1 Mart 2011 17:31 (UTC +04:00)
Serialda Yeganə obrazını canlandıran tanınmış tele-aparıcı Kamilə Babayevanın həyat yoldaşını oynayan baş qəhrəmanlardan biri, Mehman rolunu dürüst şəkildə səhnələşdirən tanınmış pantomima aktyoru Qurban Məsimov Trend-ə açıqlamsında yaratdığı ailə başçısı obrazının bəzi keyfiyyətlərini belə xarakterizə etdi.
Tele-aparıcı Kamilə Babayevanın həyat yoldaşı vampirlik hisslərindən danışdı (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ş.Cavadsoy/

Bir aydan artıqdır ki, Xəzər TV-də "Aramızda qalsın" adlı maraqlı komediyalı serial yayımlanır. Serialda Yeganə obrazını canlandıran tanınmış tele-aparıcı Kamilə Babayevanın həyat yoldaşını oynayan baş qəhrəmanlardan biri, Mehman rolunu dürüst şəkildə səhnələşdirən"Simsar" teatr studiyasının tanınmış pantomima aktyoru Qurban Məsimov Trend-ə açıqlamsında yaratdığı ailə başçısı obrazının bəzi keyfiyyətlərini belə xarakterizə etdi.

"Serialla bağlı tamaşaçılardan müxtəlif fikirlər eşidirəm. Biri deyir ki, eynən qardaşım kimisiniz, digərinin fikrincə, onun həyat yoldaşı Mehmana çox bənzəyir və haradasa xaraktercə özüm də varam bu obrazda. Həyatda axı bu cür insanlar çoxdur. İstənilən halda tamaşaçıların marağına səbəb olmuşuqsa, bu, bütün aktyor heyətinin uğurudur. Aktyorun öz sənətinə sevgi ilə yanaşmağı bacarması mütləqdir. Məhz bu halda tamaşaçıların müsbət reaksiyası ilə mükafatlanmaq mümkündür", - Qurban Məsimov dedi.

Aktyora zəng etməyimiz həm də onun "Facebook" sosial şəbəkəsində yerləşdirdiyi profil fotoları ilə bağlıdır. Təqdim etdiyimiz fotolardan da görünür ki, Qurban fotolarda vampir obrazını yaradıb. Bəs real həyatda necə, qəribə məxluqların olub-olmamasına inamı varmı? "Fotoqraf Aynur Əliyevanın çəkdiyi fotolarda insanın müxtəlif hallara düşməsini göstərməyə çalışmışıq. "Vampir obrazı" isə sırf fotoşopun imkanlarından yararlanaraq hazırlanıb. Yaşadığımız cəmiyyətdə, normal insanlar arasında da vampirlərə rast gəlmək olar. Amma bunlar energetik vampirlərdir. Elə tip insanlar da var ki, onların aurası o dərəcədə ağırdır ki, əhatələrində dayanmaq belə istəmirsən. Hiss edirsən ki, pozitivini alıb, neqativini ötürür. Rejissor və pantomima aktyoru olduğum üçün nağıllara inanıram. Və nağıllarda vampir olmaq istərdim", - Məsimov əlavə etdi.

"Əgər vampir olsaydınız şou-biznes nümayəndələrindən kimin qanını içərdiniz" sualımız aktyorda sözün həqiqi mənasında təəccüb doğurdu. "Şou-biznes əhlindən çox uzaq olsam da, haradasa onlara bir az da yaxınam. Bu isə populyar olmağıma dəlalət edir. Ürəyimə yatan "ov yoxdur" səhnə insanları arasında. Çünki zövqüm çox fərqlidir..." - Qurban Məsimov dedi.

Xəbər lenti

Xəbər lenti