...

Şok! Müğənni Sevda Yahyayeva öz tədbirində fanatını ölümün pəncəsindən xilas etdi (FOTO)

Mədəniyyət Materials 17 May 2011 17:12 (UTC +04:00)
Fanatlar aya ğa qalxdı. Onlarla pərəstişkar sevinc göz yaşlarına hakim ola bilmədi. 200-dən artıq albom azlıq etdi. Hər kəs ona olan sevgisini göstərməkdən ötrü bir-biri ilə yarışdı. Bu cür hay-haraylı sözləri ünvanladığımız şəxs populyar Azərbaycan estrada müğənnisi Sevda Yahyayevadır. Pərəstişkarlarını başına yığıb, yenicə satışa çıxardığı "Dinlə" albomunu onlara öz imzası ilə təqdim edən müğənni bəlkə də kəhkəşanlı mərasimin baş tutacağını öncədən planlaşdırmamışdı. Amma Sevda həqiqətən də bir ilkə imza atıb fanat ordusunun olduğunu göstərməklə, həqiqətən sevilən ulduz olduğunu təsdiq etdi
Şok! Müğənni Sevda Yahyayeva öz tədbirində fanatını ölümün pəncəsindən xilas etdi (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Ş.Cavadsoy/

Fanatlar ayağa qalxdı. Onlarla pərəstişkar sevinc göz yaşlarına hakim ola bilmədi. 200-dən artıq albom azlıq etdi. Hər kəs ona olan sevgisini göstərməkdən ötrü bir-biri ilə yarışdı. Bu cür hay-haraylı sözləri ünvanladığımız şəxs populyar Azərbaycan estrada müğənnisi Sevda Yahyayevadır. Pərəstişkarlarını başına yığıb, yenicə satışa çıxardığı "Dinlə" albomunu onlara öz imzası ilə təqdim edən müğənni bəlkə də kəhkəşanlı mərasimin baş tutacağını öncədən planlaşdırmamışdı. Amma Sevda həqiqətən də bir ilkə imza atıb fanat ordusunun olduğunu göstərməklə, sevilən ulduz olduğunu təsdiq etdi.

Gənc olmasına baxmayaraq, bu vaxta qədər ərsəyə gətirdiyi irihəcmli layihələri ilə yerli şou-biznesdə işgüzar prodüser kimi ad qazanmış Pərviz Əsgərov Sevda fan-klubunu bir yerə toplamağın öhdəsindən artıqlaması ilə gəldi desək, yanılmarıq. Baxmayaraq ki, o, prodüser kimi gördüyü işləri piar etməyin arxasınca qaçmır, amma danılmaz faktdır ki, Yahyayeva ilə işbirliyinə qoşulduqdan sonra, dost münasibətlərini möhkəmləndirən müğənni və prodüser ən maraqlı layihələrə öz imzalarını atırlar.

Bəstəkar-müğənni Hacı Nazim Məmmədovla birlikdə fəxri kürsüdə əyləşən Sevda əvvəlcə fanatlarından bir neçəsinin suallarına cavab verdi və çox keçmədi ki, albomlarını imzalayaraq, onlara hədiyyə etməyə başladı. Fan-klubun ən öndə gedən nümayəndələrindən biri Sevinc Sevdaya hədiyyə verən ilk fanat oldu. Sevdiyi müğənni ilə hər görüşündə fotokamerasının yaddaşına həkk etdirdiyi şəkilləri albomda toplayıb kumirinə hədiyyə edən qızın bu diqqəti Yahyayevanı xeyli heyrətləndirdi. Ardınca səhnəyə Nərgiz adlı fanat çıxdı. O isə kiçik ölçülü çərçivədə Sevda ilə birgə çəkdirdiyi fotosunu yerləşdirib sevdiyi müğənnisinə təqdim etdi. Yeniyetmə qızın həyəcanlı olduğunu görən Sevda "digər pərəstişkarlarım da təsdiq edər ki, Nərgiz və Sevinc mənim daha fəal fanatlarımdır" deməsi ilə ona toxtaxtlıq verdiyini düşünsə də, gözlədiyinin əksi baş verdi. Səhnədən enən kimi huşunu itirən Nərgiz yerə yıxıldı. Bir anın içində qıc olan fanatın köməyinə yaxın rəfiqələri gəldi. Pərəstişkarının pis hala düşdüyünü görən görən Sevda məyus əhvalda "su gətirin, həkim çağırın!" deyib kömək istədi. 5-10 dəqiqə özündə olmayan Nərgiz, Sevdanın qolları arasında sakitləşdirildi və beləcə ölümün pəncəsindən xilas oldu.

Bütün olanları yaddan çıxarmaq və yarımçıq qalan görüşü davam etdirməkdən ötrü Lider TV-də yayımlanan "Kim? Harada? Necə?" maqazin verilişinin reportyoru, şou-biznesdə Teoram adı ilə tanınan Ramin İbrahimov mikrofonu əlinə aldı. Məclisin abu-havasını yenidən müsbət istiqamətə kökləyən həmkarımız Sevda fanatlarını meydana səslədi və onların istəklərini nəzərə alıb, Yahyayevaya bir neçə hitini oxumağı tövsiyə etdi. Keçirdiyi gözlənilməz şokdan ayılan müğənni özündə güc tapıb, "Dinlə" albomunda yer alan mahnıları oxumağa başladı. Bu zaman müğənni ikinci dəfə də şok yaşadı. Narahat olmağa tələsməyin! 1 yaşlı Zəhra adlı pərəstişkarının kütlə arasında sərbəst şəkildə rəqs etmək bacarığına şahidlik etmək Sevdanı xeyli qürurlandırdı. Və müğənni körpə fanatına nəvaziş göstərib, sevgisinə cavab olaraq həm diskini hədiyyə etdi, həm də onunla doyunca rəqs etdi.

Bütün yaş təbəqələrindən olan 150-dən artıq pərəstişkarının əhatəsində xoşbəxt olduğunu diqqətə çatdıran Sevda Yahyayeva Trend-ə açıqlamasında təəssüratlarını oxucularımızla belə bölüşdü: "İlk əvvəl tədbirin ərsəyə gəlməsində zəhmət çəkmiş prodüserim Pərviz Əsgərova təşəkkürümü bildirirəm. Açığı, əvvəlcə Pərvizin bu ideyasını gerçəkləşdirə biləcəyinə ehtiyatla yanaşırdım. Sevinirəm ona görə ki, məni sevən insanların əhatəsində bir neçə saat gözəl vaxt keçirdim. İnşallah, bundan sonra bu kimi tədbirləri davamlı olaraq keçirəcəyik və yaradıcılığımda baş verəcək yenilikləri pərəstişkarlarımla bölüşəcəyəm. Onların sevgisi məni ruhlandırır və yeni-yeni zirvələr fəth etməkdən ötrü güc verir", - müğənni belə söylədi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti