...

Beynəlxalq Kann kinofestivalında Azərbaycan 3 filmlə təmsil olunub

Mədəniyyət Materials 24 May 2011 14:31 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kinofestivalda Azərbaycan kinosu pavilyonunun rəsmi təqdimatı mayın 14-də baş tutub.
Beynəlxalq Kann kinofestivalında Azərbaycan 3 filmlə təmsil olunub

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə iştirak edən Azərbaycan milli kinomuzun tarixinə həsr olunmuş "Dövlət Film Fondu təqdim edir" sənədli filmi və dövlət sifarişi ilə çəkilmiş "Aktrisa" və "Sahə" bədii filmləri ilə təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kinofestivalda Azərbaycan kinosu pavilyonunun rəsmi təqdimatı mayın 14-də baş tutub.

Azərbaycan nümayəndə heyəti səfəri çərçivəsində Amerika və Avropa prodüserləri ilə bir sıra işgüzar görüşlər keçirib.

Festival günlərində xarici kinematoqrafçılara Azərbaycanın kino çəkilişləri aparmaq üçün əlverişli təbiəti və tarix obyektləri olması, fəaliyyətdə olan dövlət və müstəqil prodüser mərkəzləri, son illərdə çəkilmiş filmlərimiz barədə məlumatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti