...

Azərbaycanda Sabir Poeziya Günləri keçiriləcək

Mədəniyyət Materials 27 May 2011 15:12 (UTC +04:00)
Mayın 30-31-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə ənənəvi Sabir Poeziya Günlərini keçirəcək.
Azərbaycanda Sabir Poeziya Günləri keçiriləcək

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 30-31-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə ənənəvi Sabir Poeziya Günlərini keçirəcək.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Sabir Poeziya Günləri Azərbaycan Prezidentinin "M.Ə.Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli sərəncamına uyğun həyata keçirilir.

Tədbirin mayın 30-da şairin Şamaxı şəhərindəki ev-muzeyində, mayın 31-də isə Bakı şəhərində M.F.Axundzadə adına Milli Kitabxanada keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə tanınmış qələm adamları, böyük satirikin ailə üzvləri və həmyerliləri iştirak edəcək.

Yubileylə əlaqədar nazirlik tərəfindən üzərinə "Sabir Poeziya Günləri - 2011" yazılmış afişa, qələm, döş nişanı, bloknot və kağız çanta hazırlanıb.

Sabir Poeziya Günləri 1962-ci ildən mütəmadi olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti