...

Azərbaycan şou-biznesinin bəxtəvər meymunu bəlli oldu (FOTO)

Mədəniyyət Materials 25 İyun 2011 15:17 (UTC +04:00)
Yerli şou-biznes dünyasında əksər sənətçilər özlərinə müxtəlif adlar qoyurlar: kərtənkələ, əjdaha, pişik və s. Uzun siyahıya daha bir müğənninin adını əlavə etmək olar. Söhbət xalq artisti, pop-diva Aygün Kazımova və onun balaca meymunundan gedir. Zənn etdik ki, Trend-in fotokamerası qarşısında kiçik oyuncaq meymunla görünən Aygun, iyrənc dostunu Namibiyadan gətirib
Azərbaycan şou-biznesinin bəxtəvər meymunu bəlli oldu (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Yerli şou-biznes dünyasında əksər sənətçilər özlərinə müxtəlif adlar qoyurlar: kərtənkələ, əjdaha, pişik və s. Uzun siyahıya daha bir müğənninin adını əlavə etmək olar. Söhbət xalq artisti, pop-diva Aygün Kazımova və onun balaca meymunundan gedir. Zənn etdik ki, Trend-in fotokamerası qarşısında kiçik oyuncaq meymunla görünən Aygun, iyrənc dostunu Namibiyadan gətirib.

Söhbətimiz zamanı oyuncağın hədiyyə olduğunu öyrəndik. "Məncə bu meymunun adı bəxtəvərdir. Oyuncaq olsa da, onu canlı meymunlardan fərqləndirən bir özəlliyi var ki, mənim əlimdədir. Yaxın dostlarımdan birinin hədiyyəsidir. Görənlər elə bilir ki, Afrikadan mənimlə birgə gəlib. Xeyr, əzizlərim, bu belə deyil. Vəhşi təbiətdə yaşadığımız 14 gün ərzində o qədər canlı meymun görmüşdüm ki, onlardan hansısa birini Bakıya gətirməyə ehtiyac qalmamışdı. Amma oyuncaqları da sevən deyiləm. İtim Prinsessa ilə kifayətlənirəm. Bir də ki, qoy meymunlar kimə yaraşırsa, o da əzizləsin", - Kazımova dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti