Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Məmmədova/
Bu gün Azərbaycanın xalq artisti Rasim Balayevin 63 yaşı tamam olur.
Azərbaycan aktyoru həyat yoldaşı ilə birlikdə doğum gününü müalicə olunduğu Antalyada qeyd edir.
Bir neçə ay əvvəl xalq artisti ayaq barmağında əməliyyat keçirib.
Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1969-cu ildə Bakı İncəsənət İnstitutunu bitirib, sonra "Azərbaycanfilm" kinosudiyasında fəaliyyətə başlayıb.
Gənc aktyor ilk dəfə "Ulduzlar sönmür" filmində rol alıb. 1974-cü ildə Ümumittifaq kinofestivalında onu "Aktyor işinə görə ikinci mükafat"a layiq görüblər.
Məşhur aktyor 160 filmdə - "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Yaramaz", "Cin mikrorayonda", "Yarasa", "İstanbul, İstanbul", "Dronqo", "Qara volqa" və s. filmlərdə çəkilib.
1982-ci ildə ona xalq artisti adı verilib.