...

Gözəllik 10-dur, 10-u da Nanə Ağamalıyevada (FOTO)

Mədəniyyət Materials 8 Sentyabr 2011 21:11 (UTC +04:00)
Cazibədar xarici görünüşü və intellektual səviyyəsi populyar teleaparıcı Nanə Ağamalıyevanı bütün həmkarlarından fərqləndirir, desək, yəqin ki, bir çoxları bu fikrimizlə razılaşar.
Gözəllik 10-dur, 10-u da Nanə Ağamalıyevada (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Cazibədar xarici görünüşü və intellektual səviyyəsi populyar teleaparıcı Nanə Ağamalıyevanı bütün həmkarlarından fərqləndirir, desək, yəqin ki, bir çoxları bu fikrimizlə razılaşar. Nanədən tamaşaçılara ötürülən müsbət enerjinin də yetərincə olması danılmaz həqiqətlərdəndir.

Trend-in fotokamerası ATV-də izlənmə rekordlarını vuran "Ulduz oldun" verilişinin populyar simasını çəkiliş başlamamışdan əvvəl yaxalamağa müvəffəq oldu. Studiyada tələsik makiyajını təzələyən teleaparıcı fərqinə belə varmırdı ki, onu kənardan çəkirdik. Fotoaparatı görəndə də qətiyyən narahat olmadı.

"Gündəlik həyatımda makiyaj etməklə bir o qədər aram olmasa da, çəkiliş zamanı işıqların üzümdə kölgə yaratmaması üçün başqa aparıcılar kimi, mən də qrim etmək məcburiyyətində qalıram. Amma burada da sadəliyə üstünlük verirəm. Hesab edirəm ki, hədsiz dərəcədə edilmiş makiyaj istənilən sahədə çalışan xanımı gözəl göstərmir. Baxmayaraq ki, dostlarım mənə gözəlsən deyəndə qıcıqlanıram. Sadəcə özüməxsusluğum var, deyərdim. Lap dəqiq söyləsək, şirin Azərbaycan qızı", - gülümsəyən Nanə fikirlərini izah etməyə çalışdı.

Amma çəkdiyimiz fotoları yayımladığımız ərəfədə məşhur atalar sözü "Gözəllik 10-dur, 9-u dondur"a düzəliş etmək qərarına gəldik. Doğrudur, Nanə təvazökarlıq göstərib öz cazibəsindən danışmaq istəməsə də, biz "gözəllik 10-dur, 10-u da Nanə Ağamalıyevada" sözlərini çəkinmədən onun ünvanına aid etməyə qərar verdik.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti