...

Gitaranı ağladan Rəmiş (FOTO)

Mədəniyyət Materials 13 Sentyabr 2011 17:16 (UTC +04:00)
Məleykə Əsədovanın qızı Gülərin 6 yaşını təbrikə gələn tanınmış simalardan biri də tanınmış gitara ifaçısı Rəmiş oldu.
Gitaranı ağladan Rəmiş (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının tanınmış aktrisası Məleykə Əsədovanın qızı Gülərin 6 yaşını təbrikə gələn tanınmış simalardan biri də tanınmış gitara ifaçısı Rəmiş oldu. Qonaqların istəyi ilə təbrik musiqisini səsləndirən sənətçi, bir neçə dəqiqəlik olsa da sehirli barmaqlarından axan melodiyalarla məclisin abu-havasında köklü dəyişiklik yaratdı.

Çıxışından sonra Trend-ə açıqlama verən Rəmiş, gitara ilə onu ağladırmış kimi davranması haqqında belə danışdı. "Bu məndən asılı deyil. Hər dəfə ən yaxın dostum bildiyim gitaranın simlərinə toxunanda ondan çox yanğılı səslər çıxır. Bacardığım qədər bunu hiss etdirməməyə çalışsam da, görünür, daxilimdəki burulğanlar musiqinin dili ilə aşkara çıxır. Əsas odur ki, mən gitaramı heç nə ilə dəyişmərəm. Nə qədər onu ağlatsam da, əzizimdir, doğmamdır", - peşəkar musiqiçi fikirlərini tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti