...

Aygün Kazımova və Röya Ayxan Murad Arifin toyuna gəlmədilər

Mədəniyyət Materials 28 Sentyabr 2011 16:46 (UTC +04:00)
Çərşənbə axşamı şəhər restoranlarının birində populyar teleaparıcı, bəstəkar və şoumen Murad Arif həm 30 yaşını qeyd etdi, həm də sevib-seçdiyi Cəmilə adlı qızla bəy-gəlin kürsüsünə qalxıb subaylığa əlvida dedi.
Aygün Kazımova və Röya Ayxan Murad Arifin toyuna gəlmədilər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Çərşənbə axşamı şəhər restoranlarının birində populyar teleaparıcı, bəstəkar və şoumen Murad Arif həm 30 yaşını qeyd etdi, həm də sevib-seçdiyi Cəmilə adlı qızla bəy-gəlin kürsüsünə qalxıb subaylığa əlvida dedi. Toy haqqında mediada yetərli informasiya yayımlandığını nəzərə alıb, işıqlandırılmayan digər məlumatı - daha dəqiqi, toya gəlməyən məşhurlar barədə söz açırıq.

Trend-in məlumatına görə, Murad Arifin "Şou nömrə 1" mahnısının ifaçısı xalq artisti Aygün Kazımova və dost münasibətlərində olduğu Röya Ayxanın məclisə təşrif buyurmaması öz-özlüyündə böyük sual doğurur. Bu sıraya iki xalq artisti - Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanın da adlarını əlavə edə bilərik, amma bəlkə heç təzə bəy bu xanımlara dəvətnamə göndərməyib? Lakin sadaladığımız müğənnilər toyda iştirak etməsə də, xalq artsti, 100 % F.A başda olmaqla, sayılıb-seçilən ulduzlar gecəyarısına qədər restoranda şən ab-hava yaratmağın öhdəsindən gələ bildilər.

Bir maraqlı fakt isə toy günü Murad Arifin "Facebook" sosial şəbəkəsində profilini silməsi ilə bağlıdır. Bu və digər suallara teleaparıcının cavab verəcəyinə əminik. Sonda təbriklərə qoşulub yeni ailə quran cütlüyə xoşbəxtlik arzulayırıq.

Xəbər lenti

Xəbər lenti