...

Zirəddin Rzayevlə Elza Seyidcahanın ləkəli qəribə fotoşəkli - mistika və ya çəkiliş qüsuru

Mədəniyyət Materials 29 Sentyabr 2011 20:31 (UTC +04:00)
Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevin "Facebook"dakı rəsmi səhifəsində onun populyar müğənni və bəstəkar Elza Seyidcahanla çəkdirdiyi iki fotoşəkil yerləşdirilib.
Zirəddin Rzayevlə Elza Seyidcahanın ləkəli qəribə fotoşəkli - mistika və ya çəkiliş qüsuru

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir V.İmanov/

Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevin "Facebook"dakı rəsmi səhifəsində onun populyar müğənni və bəstəkar Elza Seyidcahanla çəkdirdiyi iki fotoşəkil yerləşdirilib. Şərhlərdə Zirəddin öz təəccübünü ifadə edərək yazır ki, fotoşəkillər nədənsə yarımdairə ləkələrlə alınıb. İstifadəçilər isə "bu nə mistik ləkələrdir?" deyə öz təəccüblərini bildiriblər.

Trend fotoqraf Samirə Qasımovaya müraciət edib. Qasımova qeyd edib ki, bu, yalnız otaqdakı işığın istiqamətindən əmələ gələn çəkiliş qüsurudur.

"Bu, çəkilişi zamanı baş verən kifayət qədər tipik bir texniki səhvdir, otaqdakı işığın istiqamətinin nəticəsidir və ya optik qüsurdur. Burada mistik heç bir şey yoxdur", - Qasımova Trend-ə bildirib.

İnsanların bu kimi fotoşəkillərin mistika və ya optik qüsur olması barədə fikir mübadiləsi apardığı xeyli sayda sayt, bloq və forum var. Mütəxəssislərin fikrincə, onların bəzilərində yalnız qüsurlar, digərlərində isə görünməz aləmə işarə var ki, bu da çəkiliş prosesində meydana çıxır. Buna bənzər çox sayda foto var ki, insanlar şəkil çəkdirir, sonra onda başqa aləmlərin sakinlərinə bənzər naməlum varlıqlar, silinmiş kölgələr və hətta naməlum adamların üzləri də olur ki, bunları heç kim görməyib və tanımır!

Mistiklər təsdiq edirlər ki, şübhəsiz, görünməyən aləm var. Axı, nə vaxtsa, mikroskopun kəşf edildiyi vaxta qədər biz əksər mikroorqanizmləri görmürdük. Özümüzün aurasını sadə gözlə görmürük... aləmlərin çoxluğu və paralelliyi, məncə, artıq islahedilməz skeptiklərdə də heç bir şübhə oyatmır.

Ancaq hər halda bütün bunlar mövcuddur; əbəs yerə demirlər ki, fotoşəkil insanın enerjisini, onun informasiyasını daşıyır - axı, məhz şəklə görə xələl yetirir və gözdəymənin olub-olmamasını müəyyən edirlər. Onlar bunu necə görürlər? Axı görürlər! Deməli, var! Belə alınır ki, cihazlar belə təzahürləri qeyd etməyə qadirdir, ya da belə hallarda sıradan çıxırlar.

Xəbər lenti

Xəbər lenti