...

İstanbulda möhtəşəm pantomim küçə teatrı şousu (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2011 17:48 (UTC +04:00)
İstanbul təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də yaradıcı insanların sərbəst şəkildə öz istedadlarını nümayiş etdirmək üçün bol şanslı meqapolis kimi tanınır.
İstanbulda möhtəşəm pantomim küçə teatrı şousu (FOTO)

Türkiyə, İstanbul, 12 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

İstanbul təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də yaradıcı insanların sərbəst şəkildə öz istedadlarını nümayiş etdirmək üçün bol şanslı meqapolis kimi tanınır. Fikrimizin məntiqli təsdiqi kimi Türkiyənin bu böyük şəhərində küçə teatrlarının fəaliyyətini göstərmək olar.

Trend-in əməkdaşı sonuncu dəfə İstanbulda olarkən məşhur İstiqlal küçəsində bir qrup gəncin göstərdiyi şounu fotokameranın yaddaşına həkk etdirmək şansını əldən verməyib. Öyrəndik ki, Taksim meydanından başlanan küçə tamaşasının aktyorları Türkiyənin Memar Sinan Universitetinin teatr fakültəsində təhsil alan tələbələrdir. Onlar İstanbul Bələdiyyəsinin icazəsi ilə vaxtaşırı bu kimi pantomim tamaşalar hazırlayıb, yaratmış olduqları küçə teatrında nümayiş etdirirlər. İzdihamlı İstiqlal küçəsindən yolunu salan insanlar isə bu kimi şoulara tamaşa etməyə bir növ adət ediblər.

Qrimli gənclərin yaratdıqları obrazlar sözün əsl mənasında heyrətamiz idi... Təqdim etdiyimiz fotosessiyadan da bunu asanlıqla görmək olar. Maraqlıdır, görəsən, nə vaxtsa Bakı küçələrində də belə teatr şoularını izləmək mümkün olacaq, ya yox? Hər halda arzu etməyə dəyər...

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti