Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti, "Şöhrət" ordenli, Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov haqqında daha bir şad xəbərimiz var. Məlumunuz olsun ki, muğam ustadı gələn ay qızına toy çaldıracaq.
"Bəli, doğru məlumatdır. Qızım könül verdiyi və illərdən bəri diplomat kimi bir yerdə çalışdığı iş yoldaşı ilə ailə həyatı quracaq. Övladımın seçiminə qarışmasaq da, kürəkənim çox ağıllı və hörmətli Azərbaycan oğludur. Allah bütün valideynlərə övlad toyu qismət etsin", - Mənsum İbrahimov belə dedi.
Trend-ə açıqlamasında xalq artisti onu da bildirdi ki, qohum-əqrəbanın və sənətçi dostlarının iştirakı ilə baş tutacaq toy mərasimi 15 noyabr tarixinə təyin olunub. İbrahimov toyun mediada işıqlandırılıb-işıqlandırılmayacağı barədə suala isə konktret cavab vermədi.
Allah xoşbəxt eləsin!