...

Faiq Ağayevlə Rəqsanə İsmayılova bir arada (FOTO)

Mədəniyyət Materials 28 Oktyabr 2011 14:11 (UTC +04:00)
Azərbaycanın xalq artisti, 100 % F.A Faiq Ağayevin müğənni Emil Bədəlovun toyuna təşrif buyurduğu zaman olduqca şən əhvala köklənməsi diqqətimizdən yayınmadı.
Faiq Ağayevlə Rəqsanə İsmayılova bir arada (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, 100 % F.A Faiq Ağayevin müğənni Emil Bədəlovun toyuna təşrif buyurduğu zaman olduqca şən əhvala köklənməsi diqqətimizdən yayınmadı. Şou-biznesin əksər ulduzlarının qatıldığı məclisdə cənab Qızıl Şlyagerin hansı masada oturacağı maraq doğurduğundan, xalq artistini sözün yaxşı mənasında izləməyə çalışdıq. Bəli, səhv etmirik, Faiq Ağayev bir vaxtlar soyuq münasibətdə olduğu müğənni Rəqsanə İsmayılova ilə öpüşüb-görüşüb, onunla yanaşı oturur. Trend-in fotokamerasına yaxalandıqlarını görən cütlük daha mehriban davranaraq, şirin söhbətlərini davam etdirirlər. Təəccüblə ünvanladığımız "siz yenidən bir aradasınız?" sualına F.A-dan elə təəccüb dolu cavab aldıq: "Rəqsanə ilə münasibətlərimiz həmişə yaxşı olub. Ona görə də sualınızın məğzi başa düşülən deyil".

Rəqsanə də öz növbəsində gülümsəyərək, mimika və jestləri ilə xalq artistinin sözlərini təsdiqlədi.

Nə deyirik, təki şou-biznes əhli arasında həmişə belə mehribançılıq hökm sürsün.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti