...

İradə İbrahimova qızının ad günü üçün imicini dəyişdi (FOTO)

Mədəniyyət Materials 5 Noyabr 2011 15:12 (UTC +04:00)
Qardaş Türkiyəyə gəlin köçdükdən sonra Bakıya qonaq kimi gəlib-gedən populyar estrada müğənnisi İradə İbrahimova bir neçə gündür ki, yenidən vətəndədir.
İradə İbrahimova qızının ad günü üçün imicini dəyişdi (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Qardaş Türkiyəyə gəlin köçdükdən sonra Bakıya qonaq kimi gəlib-gedən populyar estrada müğənnisi İradə İbrahimova bir neçə gündür ki, yenidən vətəndədir. Trend olaraq daim arzulanan qonaqla görüşüb, səfərinin məqsədi barədə sənətçi ilə söhbətləşdik.

İradə öncə fotokameramızın qarşısına keçib dəyişən imicini nümayiş etdirdi, daha sonra sual gözləmədən ürəyindən keçənləri bizimlə bölüşdü.

"Nə xoş təsadüf ki, Qurban bayramı ərəfəsində əzizlərimin yanındayam. Hələ İstanbulda olduğum zaman mətbuatda xəbərlər yazılırdı ki, qızım İpəyin ad gününü təntənəli şəkildə qeyd edəcəyəm. İpək 11 noyabrda doğulsa da, biz bu günü ayın 9-da qeyd edəcəyik. Həyat yoldaşım, qayınanam, qayınatam artıq Bakıda olsalar da, İstanbulda yaşayan digər qohumlarımız həmin tarixdən bir gün əvvəl Bakıya gələcəklər. Qızımın doğum gününü olduğu tarixdən əvvəl qeyd etməyimizin səbəbi isə Ceyhunun işləri ilə bağlıdır. Bu səbəbdən fikrimizdə dəyişiklik oldu. Amma bacardığımız qədər çalışacağıq ki, İpəyin adına elə bir məclis təşkil edək ki, standartlardan uzaq olsun. Və illər ötdükcə, çəkiləcək video-görüntülərə baxanda desin ki, valideynlərim mənim üçün necə fərqli ad günü keçirib", - İradə belə dedi.

Müğənni çox yaxın qohumlarının, sənətçi dostlarının qatılacağı məclisdə media mənsublarının çəkiliş aparmasına da qarşı çıxacaq. İbrahimovanın fikrincə, jurnalistlərin iştirakı qonaqlarının özlərini sərbəst hiss etmələrinə mane olar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti