...

"Eurovision 2012" mahnı müsabiqəsinin loqosunun istifadəsinə dair razılıq əldə olunub

Mədəniyyət Materials 2 Dekabr 2011 19:09 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunub.
"Eurovision 2012" mahnı müsabiqəsinin loqosunun istifadəsinə dair razılıq əldə olunub

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunub. Bu barədə cümə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov 2012-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Eurovision 2012" mahnı müsabiqəsinin PR və marketinq şirkəti olan T.E.A.M-in meneceri Jan Hermenau ilə görüş keçirib. Görüşdə müsabiqənin PR meneceri Kamran Ağası, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin və Turizm şöbəsinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı "Eurovision 2012" mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunub. PR tədbirləri çərçivəsində xarici televiziya kanallarında ölkəmiz haqqında reklam çarxlarının nümayişi, beynəlxalq turizm sərgilərində Azərbaycan stendlərində "Eurovision 2012"-nin təbliği, müxtəlif promo məhsulların paylanılması, tədbir qabağı "Eurovision kəndi"nin quraşdırılması, 80-dən artıq mətbuat konfranslarının təşkili və s. işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti