...

Eldar və Nigardan qalibiyyətin 7 sirri…

Mədəniyyət Materials 2 Mart 2012 20:17 (UTC +04:00)
Eldar Qasımov və Nigar Camal "Eurovision" səhnəsindəki qalibiyyətin sirrini açıqlayıb.
Eldar və Nigardan qalibiyyətin 7 sirri…

Azərbaycan, Bakı, 2 mart /Trend/

Eldar Qasımov və Nigar Camal "Eurovision" səhnəsindəki qalibiyyətin sirrini açıqlayıb.

Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycana "Eurovision" birinciliyinin sevincini yaşadan Eldar Qasımov və Nigar Camala "Eurovision" mahnı müsabiqəsi səhnəsində qalib olmağın sirri nədir" sualı ünvanlanıb. 43 ölkə təmsilçisi arasından Azərbaycana qalib kimi qayıdan cütlük birinci olmağın 7 sirrini açıqlayıb.

Eldar Qasımov:

1. Özünəməxsusluq
2. İnsanlara və işinə qarşı böyük sevgi
3. Auditoriya ilə ünsiyyətdə maksimum sadə və səmimi olmaq
4. Daxili intizam, dəqiq qrafik
5. Ətrafında bütün maraqları səninlə bölüşən dostların olması
6. Yorğunluğa fikir vermədən daima çalışmaq
7. Hamıdan üstün və birinci olmaq

Nigar Camal:

1. Eurovision mahnısının hit olması
2. Təmsilçinin xarizmatikliyi
3. Cəlbedici şou
4. Mətbuatla gözəl münasibət
5. Özünəinam
6. Səmimilik və sadəlik
7. Peşəkar təşkilatçılıq və komanda

Xəbər lenti

Xəbər lenti