...

İtaliyanın "Eurovision 2012" mahnısı bəlli oldu

Mədəniyyət Materials 5 Mart 2012 16:24 (UTC +04:00)
İtaliyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Nina Zillinin may ayında Bakıda keçiriləcək şoudakı mahnısı təsdiqlənib.
İtaliyanın "Eurovision 2012" mahnısı bəlli oldu

Azərbaycan, Bakı, 5 mart /Trend/

İtaliyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Nina Zillinin may ayında Bakıda keçiriləcək şoudakı mahnısı təsdiqlənib.

Trend-in bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, müğənni "Bakı Kristal Zalı"nın səhnəsində Sanremo musiqi festivalında oxuduğu "Per Sempre" mahnısını səsləndirəcək. Hazırda mahnının yeni aranjmanı üzərində iş gedir.

Xatırladaq ki, Nina Zilli Bakıda ifa üçün 3 mahnı təqdim etmişdi. "Per Sempre" tamaşaçı rəğbəti və münsiflərin səs çoxluğunu qazandığından müğənni Azərbaycana bu mahnı ilə gəlir.

Xəbər lenti

Xəbər lenti