...

Serbiyanın "Eurovision 2012" təmsilçisi Bakıya həyat yoldaşı ilə birgə gəlmək istəyir

Mədəniyyət Materials 28 Mart 2012 16:23 (UTC +04:00)
Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç Bakı səhnəsində çıxışından və yarışmaya hazırlıqlardan danışıb.
Serbiyanın "Eurovision 2012" təmsilçisi Bakıya həyat yoldaşı ilə birgə gəlmək istəyir

Azərbaycan, Bakı, 28 mart /Trend/

Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç Bakı səhnəsində çıxışından və yarışmaya hazırlıqlardan danışıb.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Serbiya təmsilçisi "Bakı Kristal Zalı"nda çıxışı üçün qeyri-adi şou hazırlandığını və bu şounun "Eurovision 2004"-dən fərqlənəcəyini bildirib. Yoksimoviçi səhnədə beş musiqiçi müşayiət edəcək.

"On ildir ki, "Eurovision" mahnı müsabiqəsi üçün mahnılar bəstələyirəm. Müsabiqə isə öz müqabilində mənə çoxsaylı imkanlar yaradıb", - deyən Zeljko Yoksimoviçin builki "Eurovision" mahnısı - "Nije ljubav stvar" Serbiya radiosunda əsl hitə çevrilib.

Zeljkonun Bakıya həyat yoldaşı Yovana ilə gələcəyi gözlənilir.

Xatırladaq ki, Serbiya təmsilçisi "Eurovision 2012" mahnı müsabiqəsində mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti